bank_flora_fotodos. Kaşiyeva Flora Şamil qızı

1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (Universitet) «Maliyyə-kredit» fakültəsini bitirmişdir.

1995-ci ildən bu universitetdə müəllim kimi fəaliyyətə başlamışdır.

2000-ci il tarixində baş müəllim vəzifəsinə seçilmişdir.

2004/2005-ci tədris ilindən “Bank işi və pul tədavülü” (hazırda “Bank işi”) kafedrasında müəllim işləyir.

2008-ci ildə “Bazar iqtisadiyyatı şəraitində pul-kredit siyasətinin investisiya fəaliyyətinin yüksəlməsində rolu” mövzusunda iqtisad elmləri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən iqtisad elmləri namizədi diplomunu almışdır.

2010-cu ildə Ali məktəblərin «Maliyyə»və «Dünya iqtisadiyyatı» ixtisasları üzrə təhsil alan tələbə və magistrlər üçün «Beynəlxalq maliyyə» fənni üzrə tədris proqramı və metodiki göstərişin həmmüəllifidir.

*

2011-ci il tarixində AR Təhsil Nazirliyinin 03.05.2011-ci il 722 saylı əmri ilə «Pul, kredit, banklar» metodik vəsaitin müəllifidir.

2012-ci il tarixində İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti üzrə «Bank işi» kafedrasının nəzdində yaradılmış Tələbə Elmi Dərnəyinə rəhbər seçilmiş və «Gənc bankirlər» Tələbə Elmi Dərnəyini yaratmışdır. Dərnəyin keçirdiyi konfranslarda yüzlərlə tələbəni diplom və sertifikatlarla təltif etmişdir.

2013-cü il tarixində «Azərbaycan banklarının investisiya fəaliyyətinin prioritet istiqamətləri» monoqrafiyasının müəllifidir.

2013-cü tədris ilində F.Ş.Kaşiyeva «Bank işi» kafedrasının rəhbərliyi tərəfindən «Elmi-pedaqoji fəaliyyətinə görə və aktiv təşkilati fəaliyyətinə görə» təşəkkürnamə ilə təltif edilmiş və kafedra üzrə “İlin müəlliməsi” adına layiq görülmüşdür.

2014-cü ildə F.Ş.Kaşiyeva dosent vəzifəsinə seçilmişdir.

23 sayda elmi-metodiki işlərin, o cümlədən Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş elmi məqalələrin və tezislərin müəllfidir.