Mayın 27-də Macarıstanın Szechenyi İstvan Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub. Macarıstan Universitetinin professorları, doktorantları ilə birlikdə Macarıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları da universiteti ziyarət edib.
Görüşdə qonaqlara təqdimat keçirilərək ADİU haqqında məlumat verilib, universitetin beynəlxalq əlaqələrindən danışılıb. Həmçinin iki universitet arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra qonaqlar ADİU-nun əsas binasında tədrisin təşkili prosesi, SABAH qruplarında tədris ilə tanış olub və imtahan sessiyasının gedişini müşahidə ediblər.