Makroiqtisadi tədqiqatlar şöbəsi 

Şöbənin fəaliyyət istiqamətlərinə aşağıdakılardır:

  1. Makroiqtisadi siyasət sferasında elmi tədqiqatların aparılması;
  2. Makroiqtisadi inkişaf və makroiqtisadi siyasətin müasir problemlərinin araşdırılması;
  3. Makroiqtisadi proseslərin təhlili sahəsində informasiya bazasının formalaş­dırılması;
  4. Makroiqtisadi problemlərin elmi-nəzəri cəhətdən əsaslandırılması, onların həlli imkanlarının araşdırılması və aradan qaldırılması istiqamətlərinin işlənməsi;
  5. Ölkənin iqtisadi vəziyyətinin təhlili əsasında makroiqtisadi siyasətin və proqnozların, fiskal, monetar və qiymət sahəsində dövlət siyasətinin, ölkənin iqtisadi təhlükəsizliyi və davamlı inkişafı, iqtisadi maraqlarının qorunması sahəsində təd­birlərin hazırlanmasında və iqtisadi artımın təmin olunması istiqamətində tədqiqat­ların aparılmasında iştirak etməsi;
  6. İqtisadi inkişafın makroiqtisadi əsaslarının qiymətləndirilməsi, optimal sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində tədqiqatların aparılması;

*

7. Makroiqtisadi idarəetmə və makroiqtisadi təhlükəsizlik problemlərinin tədqiqi;

8. Makroiqtisadi inkişaf standartlarının formalaşması və təkmilləşdirilməsi məsələlərinin araşdırılması;

9. Makroiqtisadi siyasətin maliyyələşdirilməsi mexanizmlərinin qiymətləndiril­məsi və onların təkmilləşdirilməsi istiqamətində tədqiqatların aparılması.

10. Xərclər-buraxılış modeli, Sosial-Hesablar Matrisi əsasında investisiyaların makroiqtisadi multiplikativ effektlərinin qiymətləndirilməsi;

11. Ölkənin Ümumi Tarazlıq Modelinin işlənməsi ilə makroiqtisadi göstəri­cilərin proqnozlarının verilməsi.