“McKinsey & Company” UNEC tələbələri üçün növbəti dəfə mentorluq proqramı keçib

24 NOYABR 2023 | VIEWS:

Mckinsey & Company şirkətinin təşəbbüsü və UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı ilə fakültənin tələbələri üçün mentorluq proqramı təşkil olunub.

4 saat davam edən proqram çərçivəsində McKinsey məsləhətçiləri (consultant) ISE tələbələrinə MBA, magistr proqramları, karyera seçimləri, iş müsahibəsinə hazırlıq mövzularında mentorluq ediblər. “Birə-bir mentorluq” formatında təşkil olunan görüşdə hər tələbəyə 30 dəqiqə vaxt müəyyən edilərək, şirkətin məsləhətçiləri tərəfindən onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

Qeyd edək ki, McKinsey & Company  tərəfindən ISE tələbələri üçün mentorluq proqramı 2022-ci ildən etibarən mütəmadi olaraq keçirilir.

*

https://news.unec.edu.az/xeber/105-telebe/10893-mckinsey-company-unec-telebeleri-uchun-novbeti-defe-mentorlug-programi-kechib