Moderator.az-in əməkdaşı UNEC-in “Qaynar xətt”ini cavablandırıb

01 İYUN 2017 | VIEWS:

UNEC-də 2016/17-ci tədris ilinin yay imtahan sessiyasına start verilib.

İctimaiyyətə açıq keçirilən imtahanlarda obyektivliyi və şəffaflığı təmin etmək məqsədi ilə UNEC-in “Qaynar xətt” xidməti jurnalistlərə həvalə edilib.

Sessiyanın ilk günündə Moderator.az saytının müxbiri Vasif Əlihüseyn UNEC-də olub. İmtahan prosesinin gedişini izləyən jurnalist “Qaynar xətt” xidmətinə olan müraciətləri də dinləyib. İş gününün sonunda müraciətlər barədə unec.edu.az saytına məlumat verən V.Əlihüseyn gün boyu heç bir neqativ halla rastlaşmadığını bildirib.