müəl. Dadaşzadə Gülnar Canəmir qızı

1991-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub.

Orta təhsilini 1997-2008-ci illərdə Bakı şəhəri Nizami rayonu Məzahir Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə, fortepiano üzrə musiqi təhsilini isə 1999-2006-cı illərdə Bakı şəhəri Nizami rayonu Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində alıb.

2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə (İngilis dili) ixtisası üzrə bakalavr, 2012-2014-cü illərdə isə eyni ixtisas üzrə magistr pilləsində təhsil alıb. Hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.

2012-2014-cü illərdə ADU-nun Təlimdə innovasiyalar, daha sonra Xarici dillər kafedrasında baş laborant, 2014-2017-ci illərdə ADU-da SABAH resurs mərkəzinin və SABAH qruplarının rəhbəri, 2017-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyində elmi katib, 2018-2019-cu illərdə isə SOCAR “NİPİ Nefteqaz”-da texniki sənədlər üzrə tərcüməçi vəzifələrində çalışıb.

2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər departamentində İngilis dili müəllimi kimi fəaliyyət göstərir.

Nailiyyətlər:

2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ADU-nun Tələbə Elmi Cəmiyyətinin konfransında Tərcümə fakültəsi üzrə I yerə layiq görülüb.
2024-cü ildə UNEC Xarici dillər departamenti tərəfindən təşkil olunmuş II Beynəlxalq Forumda Təlimçi sertifikatı ilə təltif olunub.
2023-2024-cü tədris ili boyunca fəaliyyətinə görə UNEC Xarici dillər departamenti və Biznes və menecment fakültəsi tərəfindən Təşəkkür sertifikatına layiq görülüb.
2016-cı ildə ADU-nun SABAH qruplarındakı fəaliyyətinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

2016-cı ildə ADU-nun rəhbərliyi tərəfindən İlin xanım dekanı adına layiq görülüb.

*

Təlimlər və sertifikatlar:

UNEC Xarici dillər departamentinin təşkil etdiyi Forumlarda və “How to Improve Writing Skills” “Developing Critical Thinking Through Teaching English”, “Strategies for Fair and Effective Evaluation of Speaking Skills”, “Digital pedagogy for teachers” adlı təlimlərdə fəal iştirak edərək sertifikatlarla təltif olunub.
UNEC-də təşkil olunmuş “Digital Skills” və “Soft Skills” təlimlərində yüksək nəticə göstərərək fərqlənmə sertifikatlarına layiq görülüb.
APTIS, “Academic writing and reading”, “CISELT” sertifikatları var.

ADU SABAH qruplarına rəhbərlik etdiyi dövrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan bir çox təlimlərdə iştirak edərək sertifikatlarla təltif olunub.

Əlavə məlumat:

2023-ci ildən UNEC Biznes və Menecment fakültəsində B1 və B1+ dil səviyyələri üzrə tələbələr üçün İngilis dilində Danışıq klubu aparır.
2021-2023-cü illərdə UNEC Ümumi fənlərin tədrisinin təşkili departamenti üzrə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərib.
2015-2016-cı illərdə SABAH qruplarına qəbul zamanı tələbələrin müsahibəsində komissiyanın üzvü olub.*

UNEC-in 500-ə yaxın əməkdaşı “Soft Skills” təlimləri üzrə sertifikat qazandı (15.02.2023)