Müsabiqədə iştirak etmək üçün seçim turu başlayır!

16 OKTYABR 2015 | VIEWS:

Hörmətli tələbələr!

26-27 noyabr 2015-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında Təhsil Nazirliyinin himayəsi ilə “Dil-karyeraya gedən yol” mövzusunda II Ümumrespublika universitetləri arasında tələbə müsabiqəsi keçiriləcək. Müsabiqə zamanı tələbələr mövzu ilə əlaqədar ingilis dilində təqdimatlar hazırlayaraq münsiflər heyətinə təqdim etməlidirlər. Tələbələr müsabiqədə fərdi və komanda şəkilində iştirak edə bilərlər.

Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) tələbələrinin bu müsabiqədə iştirakı məqsədi ilə seçim həyata keçiriləcək. Seçiləcək namizədlər upper-intermediate və advanced səviyyəsində danışmağı və müxtəlif proqramlarda təqdimat hazırlamağı bacarmalıdırlar. Namizədlərin seçimi bir neçə mərhələdə aparılacaq. Seçim turunda iştirak etmək istəyənlər şəkilli CV-lərini oktyabr 23-dək [email protected] elektron ünvanına göndərməlidirlər. E-mailin “subject” bölməsində “Dil-karyera” sözünü yazmağı unutmayın. Şəkli olmayan CV-lər dəyərləndirilməyəcək.

Qaliblərə aşağıdakı mükafatlar veriləcək:

I yer noutbuk
II yer planşet
III yer mobil telefon

Özünə güvənən bütün tələbələrimizi seçim turunda iştirak etməyə dəvət edir və hər birinə uğurlar arzu edirik.

Əlaqə telefonu: +99412 497 71 35 – UNEC Karyera Mərkəzi