“World Media Azerbaijan” UNEC rektorunun müsahibəsini yayımlayıb

20 NOYABR 2015 | VIEWS:
2313

Müəllif: Süleyman Doğan

Təyyarəmiz axşamüstü Heydər Əliyev Beynəlxalq Hava limanına enəndə, Bakı şəhəri bir inci kimi Xəzərin sahilində bütün əzəmətiylə göz qamaşdırırdı. Hər tərəf işığa bürünmüşdü. Çox geniş bir ərazidə məskən salmış Bakı, bizi bir gəlin ədasıyla salamlayırdı.

Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) dəvətiylə 13-cü Beynəlxalq Türk Dünyası Humanitar Elmlər Simpoziumunda iştirak etmək üçün Azərbaycan paytaxtındaydıq. 1992-ci ildə gördüyüm Bakı ilə indiki arasında fövqəladə bir fərq var. Sanki Bakı bu 25 ildə başdan-başa yenidən inşa edilib.

İstər təbii gözəllikləri, istərsə də tarixi abidələri ilə nadir gözəlliyə malik olan bu şəhər, həm də Şimali Qafqaza açılan qapıdır. Burada onlarla universitet də daxil olmaqla, bir çox ali təhsil ocağı var.

Bakı həmçinin bir liman şəhəri və ticarət mərkəzi kimi də dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Şəhər teatr, kitabxana, kino və digər mədəniyyət məkanlarıyla zəngindir. Çünki Azərbaycan xalqı öz mədəni irsinə möhkəm bağlıdır. Burada gənclərin boş vaxtlarını səmərəli keçirə bilməcəyi məkanlar da az deyil. Əhalisi az qala 5 milyona çatan Bakı Azərbaycanın, Qafqazın, türk dünyasinin və bütövlükdə dünyanın strateji əhəmiyyətə malik olan çox mühüm şəhərlərindəndir.

Bakıda Balıkesir Universitetinin rektoru Kərim Özdemir və Beykent Universitetindən Muzaffer Ürəkli ilə həm Şirvanşahlar saray kompleksini gəzdik, həm də müasir binaları seyr etdik. İstanbul Universitetinin prorektoru Sedat Muratla Şəhidlər Xiyabanında Türkiyənin tikdirdiyi məscidə baş çəkdik. Lakin məsçid hələ ibadətə açıq deyildi.

Uğurla başa çatan 13-cü Beynəlxalq Türk Dünyası Humanitar Elmlər Konqresinin istər türk ölkələri arasındakı münasibətlərə, istərsə də onların müasir dünya ilə əlaqələrinə fayda verməsini arzu edirəm. Konfransa dəstəklərini əsirgəməyən Azərbaycanın Təhsil Nazirliyinə, Türkiyənin Bakıdakı səfirliyinə, ev sahibi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. dr. Ədalət Muradova, Konfransın təşkilini əlaqələndirən Sakarya Universitetinin rektorluğuna, məruzəçi alimlərə, SAÜ Biznes Fakültəsinin dekanı, Konqresin roordinatoru prof. dr. Ahmet Vecdi Cana, Konqresin katibi yardımçı dosent dr. Köksal Şahinə və tədbirin keçirilməsində böyük rol oynayan Türk Dünyası Bakı Biznes Fakültəsinin dekanı dosent dr. Ferruh Tuzcuoğluna, fakültə müəllimlərinə və ən əsası Türk Dünyası Araşdırmaları Vəqfinin başçısı Közhan Yazgana təşəkkür və onları təbrik edirəm.

Azərbaycan-Türkiyə əlaqələrində böyük rol oynayan Türk Dünyası Araşdırmaları Vəqfi yarandığı 1980-ci ildən bəri təhsil və tədrisə böyük önəm verməkdədir.

Bakı Atatürk Anadolu Liseyini ziyarət etdik. Siniflərdə gülərüz uşaqlarla qarşılaşmaq bizə çox xoş idi. Bakıdan ayrılarkən Türkiyə ilə Azərbaycan əlaqələrinin başda təhsil olmaqla hər sahədə yaxşı və doğru bir isitqamətdə inkişaf etməsini arzu etdim.

Dosent Dr. Süleyman Doğan soruşdu, rektorlar cavablandırdı

Bakıda Azərbaycanın ən böyük universitetlərindən olan Dövlət İqtisad Universitetinin rektoru prof. dr. Ədalət Muradovdan müsahibə də aldıq. Rektor xoşxasiyyət, zarafatcıl, ünsiyyətcil və təşəbbüskar bir insan təsiri bağışladı. Türkiyədən gələnlərə çox böyük dəyər verdiyini deyən Ədalət Muradov, Türkiyə təhsil modelinin Azərbaycan üçün də faydalı olacağını vurğuladı. Müsahibənin baş tutmasına göstərdiyi dəstəyə görə Türk Dünyası Bakı Biznes Fakültəsinin dekanı dosent dr. Ferruh Tuzcuoğluna təşəkkür edir və rektor Ədalət Muradovla söhbəti oxucuların ixtiyarına buraxıram.

– Hörmətli cənab rektor, qısa olaraq bizi universitetlə tanış edə bilərsinizmi?

– İlk növbədə xoş gəlib, səfa gətirmisiniz. Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycanın ən qədim və ən böyük universitetlərindən biridir. Universitetin əsası 1930-cu ildə qoyulub. Bir ay sonra 85-ci ildönümümüzü qeyd edəcəyik. 18 min tələbəmiz var. Azərbaycanın 46 universiteti arasında birinciyik. Ölkə xaricində Moskva və Dərbənddə filiallarımız fəaliyyət göstərir. Cəmi 4 korpusumuz var.

– Türkiyədən buranı seçənlərə hansı imkanlar təqdim edirsiniz?

– Birincisi, iki diplom üstünlüyü, dörd dildə təhsil imkanı təqdim edirik. Diplomlarımız Türkiyədə də etibarlıdır. Həm İstanbul Universitetinin, həm də Azərbaycandanın diplomlarını veririk. Türk Dünyası İşlətmə Fakültəsində tədris tam olaraq Türkiyə proqramları əsasında aparılır. Bu fakültənin dekanı da Türkiyədən gəlib. Dünyanın müxtəlif ölkələrindəki universitetlərlə birgə iki diplom təqdim edirik. Türkcə, rusca və ingiliscə də təhsil veririk. 11 fakültəmiz, o cümlədən qida və kompüter mühəndisliyi fakültələrimiz var.

– Türk Dünyası İşlətmə Fakültəsi necə quruldu?

– Türk Dünyası İşlətmə Fakültəsi mərhum prof. dr. Turan Yazqanın təşəbbüsü ilə o zamankı Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanmış razılaşma əsasında 1992-ci ildə Bakıda yaradılıb. 1998-ci ildə Türkiyə Ali Təhsil Komissiyasının imtahanları vasitəsilə Türkiyədən də tələbə qəbuluna başlandı. Tədris prosesi Türkiyədəki bənzər ali məktəblərin və xüsusilə İstanbul Universitetinin proqramları əsasında aparılır.

– Məzunlar iş tapa bilirlərmi?

– 1996-cı ildən bu günə qədər fakültədən minlərlə tələbə məzun olub və onlar sərbəst bazar iqtisadiyyatı yolunu tutmuş Azərbaycan Respublikasının ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsinə böyük töhfələr veriblər. Məzunlar bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərirlər. Fakültədə təhsil dili Türkiyə türkcəsidir. Azərbaycanlı tələbələr 15 günlük sürətləndirilmiş türk dili kursu keçdikdən sonra birbaşa 1-ci kursda təhsil almağa başlayır.

– Bu fakültəyə akademik heyət Türkiyədən gəlir?

– Bəli, burada dekan da daxil olmaqla, Türkiyədən gələn müəllimlərimiz təhsil verirlər. Bu fakültəmizdə 400-dən çox tələbə var. Əvvəllər daha çox tələbəmiz var idi. İndi Türkiyədə özəl universitetlərin sayı artdığı üçün tələbə sayında bir qədər azalma var.

Həm Türkiyə, həm də Azərbaycan vətəndaşları üçün təhsilhaqqı eynidir. Bakalavr təhsili üçün 2500 dollar, magistr pilləsi isə 2000 dollardır. Müvəffəqiyyətli tələbələri isə pulsuz oxutdururuq.

– Bəs Azərbaycana universitet olaraq hansı töhfələri vermisiniz?

– Azərbaycanın sənaye və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Hələlik onlarla əlaqələrimiz yenidir. Ümumiyyətlə, bizim universitetdə əsasən Rusiya təhsil sistemi tətbiq olunur. Ancaq biz bunu Türkiyə modeli ilə əvəzləmək istəyirik. Türk iş adamları dərnəklərindən ATİB və TÜSİAB kimi qeyri-hökümət təşkilatları ilə əlaqələrimiz çox yaxşıdır və onlar biz dəstək verir. Buna görə onlara təşəkkür edirik.

– Tələbələr üçün universitetdə ictimai və idman imkanlarınız varmı?

– Tələbələr üçün ictimai və mədəni mərkəzlərimiz artıqlaması ilə mövcuddur. Teatrdan kinoya, idmandan musiqiyə qədər zəngin ictimai və mədəni fəaliyyətimiz var. Hətta bir radiostansiyamız fəaliyyət göstərir. Radio tələbələrimiz arasında sahibkarlıq bacarığı və özünə güvəni inkişaf etdirmək üçün yaxşı vasitədir. Onlar radioda işləyir və programlar hazırlayırlar. Bir sözlə, tələbələrin sıxılmadan təhsil ala bildikləri universitetimiz var.

– Bəs tələbələrinizin ən böyük problemi nədir?

– Hazırda bizim ən mühüm problemimiz yataqxana problemidir. Yataqxanımızda Qarabağdan olan qaçqınlarımız məskunlaşıb. Problemi ən qısa vaxtda aradan qaldırmağı planlaşdırırıq. Erməni işğalı nəticəsində köçkün düşmüş vətəndaşlarımızın təhsili də universitetimizdə pulsuzdur.

– Türkiyə və Azərbaycan universitetlərinin elm adamları arasında əlaqələri necə görürsünüz?

– Hələ görüləcək çox işimiz var. Bir-birimizlə daha sıx əlaqələr qurmalıyıq. Münasibətlərimiz daha da yaxşılaşmalı və mübadilə proqramları tətbiq etməliyik. Müəllimlərin mübadiləsi olmalıdır ki, bir-birlərini daha yaxşı və yaxından tanısınlar. Türkiyədən kömək gözləyirik. Türkiyənin potensialı Azərbaycandan daha çoxdur.

– Azərbaycan çox dəyişib və inkişaf edib. Bu inkişafda universtitetlərin payı nə qədərdir?

– Azərbaycandakı dəyişiklik və inkişaf çalışqan və geniş dünyagörüşlü prezidentimizin sayəsində baş verib. Hörmətli prezidentimiz İlham Əliyev cənabları yeni nəslin nümayəndəsidir. Ölkəmizi inkişaf etdirmək və irəlilətmək üçün maksimum səy göstərir. Məni bu universitetə rektor təyin edərkən “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli bir universitet olmalıdır” deyə bizə hədəf göstərib. Biz də onun dəstəyilə hədəfimizə doğru əmin addımlarla irəliləyirik.

– Hədəfiniz nədir?

– Hədəfimiz, Azərbaycanın dünya səviyyəli yüksək keyfiyyətli universiteti olmaqdır.

– Türkiyəyə ismarıcınız…

– Türkiyəyə xoşbəxtlik və gözəl həyat diləyirəm. Türkiyə yaxşı olarsa bizdə yaxşı olarıq. Türkiyənin təhsil sistemi irəli getsin və biz də bu sistemdən bəhrələnək. Türkiyədə nur olarsa o işıqdan bizə də pay düşər.

13-cü Beynəlxalq Türk Dünyası Humanitar Elmlər Konqresi

Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) müxtəlif təhsil ocaqlarıyla birgə təşkil etdiyi Konqresin açılışında çıxış edən Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşkun bildirib ki, 15 il əvvəl iki ölkə arasında ticarət dövriyyəsi cəmi 400 milyon dollar təşkil edirdisə, bu gün 5 milyard dollara çatdıb, 10 mindən artıq azərbaycanlı tələbə Türkiyədə və minlərlə türk tələbə Azərbaycanda təhsil alır. Azərbaycanda 2600 türk, Türkiyədə isə 1000-dən çox Azərbaycan şirkətinin fəaliyyət göstərdiyini xatırladan səfir deyib: “Hələ müstəqilliyinin 30-cu ilini yaşamamış Azərbaycan, yaxın dövrdə Türkiyənin ən böyük xarici sərmayədarı olmağa iddialıdır. Bu müvəffəqiyyətdə ölkə rəhbərliyinin geniş dünyagörüşülə yanaşı, təhsil müəssisələrinin də böyük rolu var. Türk dünyasından təhsil ocaqlarını bir yerə yığan bu Konqresin sabitlik və inkişafımıza çox əhəmiyyətli töhfə verəcəyiə inanıram”.

World Media Azerbaijan

2314 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno