Novruz bayramı UNEC-də böyük coşqu ilə qeyd olunub

17 MART 2023 | VIEWS:

UNEC-də Novruz bayramı münasibətilə şənlik keçirilib.

Əsas tədris binasında təşkil olunan şənlikdə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edib.

Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusə rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.

Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/9909-bold-red-novruz-bayrami-unec-de-boyuk-choshgu-ile-geyd-olunub-bold-red