Ölkə universitetləri arasında ilk: UNEC InCites Benchmarking & Analytics platformasından istifadə edəcək

07 APREL 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə universitetləri arasında ilkə imza ataraq, InCites Benchmarking & Analytics platformasından istifadə etmək imkanı əldə edib.

InCites Benchmarking & Analytics müəllim və tələbələrə UNEC haqqında elmmetrik məlumatların təhil olunması, universitetin inkişaf planlarının hazırlanmasında, həmçinin tədqiqat strategiyasının planlamasında əvəzsiz alət rolunu oynayacaq.

Platforma həmçinin yeni başlayan istifadəçilər üçün əvvəlcədən hazırlanmış hesabatlar, həm də analitiklər üçün güclü analitika və təhlil imkanları təklif edir. Eləcə də akademik performansı digər universitetlərlə müqayisə etmək, apardılan tədqiqatların təmsil etdikləri qurumun və ölkənin elmi inkişafına  verdiyi töhfəni ölçmək imkanı yaradır.

InCites B&A-da akademik institutlar, tədqiqatçılar, departament və şöbələr, jurnallar, tərəfdaşlar və maliyyə fondları arasında müqayisələr aprıla bilər.

Aparılan təhlillər nəticəsində universitetin ən yaxşı olduğu sahələrin və inkişaf etdirilməsi zəruri olan istiqamətlərin müəyyənləşdirilməsi də mümkün olacaq.

Qeyd edək ki, hazırda InCites B&A-da 95 milyon nəşr qeydləri, 2.3 milyard əlaqəli istinadlar, 31 milyon fond məlumatı və 121 milyon patent məlumatı mövcuddur.

InCites Benchmarking & Analytics platformasından istifadə edəcək