Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNEC professoruna fəxri ad verdi

09 OKTYABR 2015 | VIEWS:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil işçilərinə fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

9 oktyabr 2015-ci il tarixində imzalanan Sərəncama əsasən, Azərbaycan Dövlət İqtsad Universitetinin professoru, Telman Əlihüseyn oğlu Hüseynov  Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. (Prezident.az)

Ömrünün 60 ildən çoxunu iqtisadçı mütəxəssis, pedaqoq və alimlərin hazırlanmasına həsr edən dəyərli professor, əməkdar elm xadimi Telman Hüseynovu bu münasibətlə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!