Radio UNEC təqdim edir: “Tibb saatı”

16 OKTYABR 2017 | OXUNUB:
514

Radio UNEC “Tibb saatı” adlı yeni layihəyə start verir.

Hər həftənin IV günü saat 11:00-da efirdə gedəcək verilişdə UNEC-in tələbə poliklinikasının həkimləri professor-müəllim heyətini, tələbələri və əməkdaşları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılacaq, tövsiyələr verəcəklər. Verilişin aparıcısı SABAH qruplarının IV kurs tələbəsi Firəngiz Quliyeva olacaq.

Verilişdə hansı mövzunun müzakirə edilməsini istəyirsinizsə, bu barədə Radio UNEC-in Facebook səhifəsinə yaza bilərsiniz.

515 1