riyaz_gulara_fotof.-r.e.n. Rəhimova Gülarə Teymur qızı

1939-cu ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur.

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Riyaziyyat fakültəsini bitirmişdir.

1961-1963-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində assistent vəzifəsində işləmişdir.

1963-1967-ci illərdə həmin universitetin aspiranturasında təhsil almışdır.

1969-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

 

 

*

1967-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasında assistent, 1970-ci ildən baş müəlim işləmişdir.

1992-ci ildən ”Riyaziyyat” kafedrasında dosent vəzifəsində işləmişdir.

Dəfələrlə Bakı və Moskva şəhərlərində ixtisasartırma kurslarında olmuşdur.
2013-cü il Respublika Təhsil Nazirinin Əmri ilə “Əməkdar Müəllim“ fəxri adına layiq görülmüşdür.

Elmi əsərlərimin sayı beşdir.

Ailəlidir, dörd övladı var.