“UNEC alimlərinin Web of Science-də çap olunmuş məqalələrinin sayı son 10 ildə 301 dəfə artıb. Həmin bazada bütün istinadların (özünə istinadlar istisna olmaqla) 92%-i də məhz son 10 ilin payına düşür.
2015-ci illə müqayisədə 2024-cü ildə UNEC alimlərinin Scopus-da çap olunmuş məqalələrinin sayı 277 dəfə, Scopusda məqalələrə istinad sayı isə 227 dəfə artıb. Həmin məqalələrin 98 %-i, istinadların 98,5 %-i son 10 ilin payına düşür”.
Rektor bildirib ki, Web of Science və Scopusda çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC dünyada liderdir.
UNEC-də elmi fəaliyyətin təşviq sistemi təkmilləşdirildikdən sonra 2023-cü illə müqayisədə 2024-cü ildə Scopus-dakı məqalələrin sayı 2 dəfə, Web of science-dəki sayı 2,5 dəfə artıb.
2024-cü ildə UNEC alimlərinin Scopusda çap olunmuş məqalələrinin 81,2%-i 123 ölkənin, Web of Science-dəki məqalələrin 91%-i 108 ölkənin alimləri ilə birgə çap olunub”.