600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də

18 İYUL 2017 | VIEWS:
4139

Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında II ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də olublar.

Rektorun köməkçisi Ramil Cabbarov abituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, UNEC brendinin fəlsəfəsini açıqlayıb. UNEC-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd və ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.

Sonra abituriyentlər üçün UNEC ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər. Maliyyə Laboratoriyası, Virtual Müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. İnfotur çərçivəsində abituriyentlər ilk dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. Abituriyentlərə Yaradıcılıq Mərkəzi Radio UNEC barədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən abituriyentlər buraya UNEC tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.

4140 1