qeyri_ilhama_fotob/m. Allahverdiyeva İlhamə Fəxrəddin qızı

8 aprel 1978-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur.

1995-cu ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına daxil olmuş, 1999-cu ildə institutun bakalavr təhsil pilləsinin bitirmişdir. 1999-cu ildə həmin fakültənin Magistratura şöbəsinə daxil olmuş və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildə “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasına böyük laborant kimi işə başlamışdır.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında assistent, 2004-cü ildən baş müəllim vəzifəsində çalışıb.

 

 

*

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.

1 dərsliyin, 15 tezis  və elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

allahverdi_ilhama_1358

UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu (09.03.2022)