qeyri_safa_fotob/m. Manafova Şəfa Şahin qızı

1964-cü il martın 28-də Bakı şəhərində anadan olmuşdur.

1981-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili ixtisasını qırmızı diplomla bitirmişdir.

1985-1989-cu illərdə “Şərq” ticarət mərkəzində baş əmtəəşünas, 1988-1990-cı illərdə Nazirlər Soveti Nəzdində İdarəetmə İnstitutunda baş elmi işçi işləmişdir.

 

 

*

1990-1991-ci ildə əhalinin konyuktur tələbatını öyrənən Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, 1991-1999-cu illər ərzində Xaçmaz Konserv Kombinatında iqtisadçı vəzifəsini tutmuşdur.

2000-ci ilin may ayından İqtisad Universitetinin “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasında baş müəllim vəzifəsində çalışır.

20 tezis, 1 proqram və 1 dərsliyin müəllifidir.

Bir qızı var.