Böyük Britaniya şirkəti SABAH tələbələrinə mühazirə keçib

27 APREL 2016 | VIEWS:
1469

Böyük Britaniyanın TransTech Capital şirkətinin nümayəndələri Simon Robeson, David Livesley və Mahmut Sinoplu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH tələbələri üçün “İnnovasiya Menecmenti” fənnindən mühazirə keçiblər.

İnnovasiya siyasəti mövzusunda mühazirə ilə çıxış edən S.Robeson innovasiya siyasətində Böyük Britaniya təcrübəsindən danışıb. İnnovasiyaların inkişafı üzrə Azərbaycanın da böyük potensiala malik olduğunu qeyd edən qonaq ölkə prezidenti İlham Əliyevin “Ölkənin gələcəyi birbaşa olaraq elmi potensialın səviyyəsinə bağlıdır” fikrinin çox mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonda UNEC-in müəllimi Azər Bayramovun iştirakı ilə interaktiv müzakirə aparılıb.

Şirkətin nümayəndələri İKT sahəsində innovativ layihələrin maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən İnnovasiya Menecmenti fənni üzrə mühazirəni dinləyiblər.

Qeyd: “İnnovasiya Menecmenti” fənninin tədrisi ingilis dilində Azərbaycanda ilk dəfə olaraq UNEC-də SABAH qruplarında aparılır.

TransTech Capital şirkəti haqqında:

TransTech Capital şirkəti Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester Universitetləri ilə əməkdaşlıq edir. Şirkət Azərbaycanda innovativ layihələrin və texnoloji transferin inkişafı istiqamətində də fəaliyyət göstərir.

1470 1