calilova_saraCəlilova Sara Sabir qızı

1954 cü il oktyabrın 28-də Bakı şəhərində anadan olub.

1972-ci ildə Bakı şəhəri 198 N-li orta məktəbi bitirib və həmin ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Balı Slavyan Universiteti) daxil olub.
1976-ci ildə institutun rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirdikdən sonra Qəbələ rayonu Bum kənd orta məktəbinə təyinatla  işə göndərilib. Bum kənd orta məktəbində 3 il işləyib.

1980-ci ildə Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonu İcraiyyə komitəsinə inspektor vəzifəsinə qəbul olunub.

1984-1987-ci illərdə Moskva şəhərində Baş tikinti sistemində müəllim-təşkilatçı vəzifəsində işləyib.

 

 

*

1988-ci ildə Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonu İcraiyyə Komitəsinin sosial təminat şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunub.

1996-cı ildən köçürmə yolu ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Baş təmir-tikinti idarəsində sosioloq-tərcüməçi vəzifəsində işləyib.

2000-2016-cı illərdə UNEC-in “Rus dili” kafedrasının müəllimi vəzifəsində işləyib.

Hazırda UNEC-in Tərcümə Mərkəzində tərcüməçi vəzifəsində işləyir.

Müxtəlif jurnallarda 34 məqaləsi çap olunub.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI