cog1_kamala_fotocoğ.e.n., dos. Zeynalova Kəmalə Zeynal qızı

22 dekabr 1965-ci ildə Yevlax rayonunun Kövər kəndində anadan olmuşdur.

1973-1983-cü illərdə Kövər kənd orta məktəbində təhsil almışdır.

1985-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu “Coğrafiya, əlavə biologiya” ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir.

1990-1996-cı illərdə Yevlax şəhər 1 saylı  orta məktəbdə coğrafiya müəllimi işləmişdir.
1996-2000-ci illərdə Bakı şəhəri Nərimanov rayonu 193 saylı məktəbdə işləmişdir.

 

*

2000-2005-ci illərdə Xətai  rayonu 56  saylı orta məktəbdə coğrafiya fənnindən dərs demişdir.

2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş laborant, sonra isə  müəllimə işləmişdir.

2008-ci ildə Milli Elmlər Akademiyasında  dissertasiya işini müdafiə edərək coğrafiya elmlər namizədi elmi adını almışdır.

2016-cı ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı”  kafedrasının dosenti olub.

Ailəlidir, iki övladı var.