riyaz_sevda_foto

Fizika-riyaziyyat elmləri namizədi, dosent, Babaxanova Sevda Şahin qızı

1949-cu ildə Bakıda anadan olub.

1956-cı ildə 8 saylı orta məktəbə gedib.

1966-cı ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib.

1966-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) riyaziyyat kafedrasına assistent vəzifəsinə təyin edilmişdir.

 

 

 

*

1982-ci ildə “İnteqral sərhəd şərti birölçülü qeyri-özünəqoşulmayan diferensial operatorun spektral təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir.

Hal-hazırda Riyaziyyat və Statistika kafedrasının dosentidir.

2011-ci ildə Moskvada keçirilən Ümumdünya Elmi-Praktiki Konfransı ilə əlaqədar nəşr olunan “Müasir elmin inkişafının nəzəri və praktiki aspektləri” jurnalında iki məqaləsi dərc edilmişdir. Elmi konfranslarda 12 elmi məqaləsi çap olunub və 2 dərsliyin həmmüəllifi olub.