fal_nazila_fotofəl.e.n., b/m. Məmmədova Nazilə Mürsəl qızı

01 iyul 1956-cı  ildə  Gədəbəy  rayonunun  Novosaratovka  kəndində  anadan  olub.
1963-1973-cü  illərdə Novosaratovka  kənd  orta  məktəbində  təhsil  alıb.

1974-cü  ildə  Azərbaycan  Dövlət  Universitetinin Tarix fakultəsinin  əyani  şöbəsinə  daxil  olub,  1979-cu  ildə həmin universiteti bitirib.

1980-cı  ildə AR Elmlər  Akademiyası  Fəlsəfə  və  Hüquq  İnstitutunda  baş  laborant  vəzifəsinə  təyin  olunub.
1982-1983-cü  illərdə  SSRİ  EA  Fəlsəfə  İnstitutunda  elmi  ezamiyyətdə  olub.
1983-cü  ilin  dekabr  ayında  AR Elmlər  Akademiyasında  kiçik elmi  işçi  vəzifəsinə  keçirilib.

*
1984-1989-cu  illərdə  Azərbaycan  SSR   Elmlər  Akademiyası  Fəlsəfə  və  Hüquq  İnstitutunun  aspirantı  (istehsalatdan ayrılmadan) olub.

1991-ci  ildə  namizədlik  dissertasiyasını  müdafiə  edərək,  fəlsəfə  elmləri  namizədi  alimlik  dərəcəsi  alıb.

1995-ci  ilin  mart  ayında  Azərbaycan  Respublikası  Milli  Elmlər  Akademiyası  Fəlsəfə  kafedrasına  dosent əvəzi  vəzifəsinə  təyin  edilib.

1999-cu  ilin  avqust  ayından  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin “Fəlsəfə” kafedrasında  baş müəllim  vəzifəsində  işləyir.

25-ə yaxın elmi-metodik əsərin müəllifidir.

Ailəlidir. Üç övladı və nəvələri var.