4i.e.n., b/m. Həsənova Afət Məmmədəli qızı

22 sentyabr 1973-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.

1996-cı ildən həmin institutun “İqtisadi kibernertika” kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.

 

1996-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın riyazi  və instrumental üsulları” ixtisası üzrə dissertant olmuşdur.

2007-ci ildə Bakı Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

6-dan artıq elmi-metodiki əsərin və 1 monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika”, “Ekonometrika” kafedralarında çalışıb.

Hazırda UNEC-in “Riyaziyyat və statistika” kafedrasının baş müəllimidir.

Ailəlidir, bir övladı var.