biz_akif1i.e.n. Fərruxov Akif Həmid 

1962-ci ildə anadan olmuşdur.

1969-1979-cu illərdə Bakı şəhəri, 167 saylı tam orta məktəbində təhsil almışdır.

1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) qəbul olunmuşdur.

1984-cü ildə həmin universiteti bitirmişdir.

1989-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun əyani aspirantı olmuşdur.

1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adını almışdır.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 25-dən çox elmi və metodiki əsərin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Əmək fəaliyyəti:

1984-1987-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunda usta köməkçisi, usta, baş usta, mühəndis vəzifələrində işləmişdir.

1987-1989-cu illərdə Azərbaycan SSR-nın Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin AİS-in işlənməsi və tətbiqi üzrə Elmi Layihə-Konstruktor Laboratoriyasında mühəndis-proqramlaşdırıcı; 1992-1993-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi, elmi işçi; 1993-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent (“Biznesin idarə edilməsi” kafedrası), Təcrübə və işədüzəltmə şöbəsinin müdiri, universitetin elmi katibi vəzifələrində işləmişdir.

2009-cu ildən İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktorudur.

DSC_6492DSC_6484