1111i.f.d., b/m.  Dadaşova Kəmalə Seyfulla qızı

1974-cü il sentyabr ayının 10-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuşdur.

1993-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Texnologiya və dizayn” fakültəsinə qəbul olunmuş, 1997-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirərək “Standartlaşdırma və sertifikasiya ixtisası” üzrə bakalavr dərəcəsi almışdır. Həmin ildə bu institutun “Standartlaşdırma və sertifikasiya “ ixtisası üzrə magistraturasına daxil olmuş,1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdır.

1999-cu ildə Bakı Əmtəəşünaslıq – Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş laborant vəzifəsində işə başlamış, 2000/2002-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş laborant vəzifəsində çalışmaqla yanaşı, saathesabı dərs aparmışdır.

2002/2013 illərdə “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent vəzifəsində işləmişdir.

2013-2018 – ci illərdə  “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş müəllim vəzifəsində işləmişdir.

2018 – ci ildən  “Standartlaşdırma və sertifikasiya” kafedrasinda dosent vəzifəsində çalışır.

2007 – ci ildə ARDNŞ Elmi Tədqiqatlar İnstitutunun dissertanturasına dissertant qəbul olunmuşdur. 2013-cü ildə 5312.01-Sahə iqtisadiyyatı ixtisasında  iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almaq üçün AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində D01.181 Dissertasiya Şurasında müdafiə etmişdir.

90 elmi əsərin, o cümlədən 2 əlyazmanın, 1 monoqrafiyanın, 1 dərslik, 1dərs vəsaiti,  1 aftoreferatın, 1 metodik göstərişin, 5 tədris proqramının və 78 çap olunmuş elmi məqalə və tezisin müəllifidir.Məqalələrinin əksəriyyəti xarici, o cümlədən SCOPUS və EBSCO verilənlər bazasına daxil olan nəşrlərdə çap olunmuşdur.

**

2008-ci ildən “Yeni Azərbaycan Partiyasının” üzvüdür.

2013/2019-cu illərdə ADİU-da fəaliyyət göstərməklə yanaşı AMEA-nın “İqtisadiyyat İnstitutunda”  böyük elmi işçi vəzifəsində çalışmışdır.

2014/2017-ci illərdə “Dövlət Qulluğu” Komissiyası tərəfindən “Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” Dövlət Qulluğuna müdavimlərin qəbulu ilə bağlı keçirilən müsahibələrdə sərbəst ekspert kimi fəaliyyət göstərmişdir.

2014-cü ildən “Metrologiya,standartlaşdırma və sertifikatlaşdırma” ixtisası üzrə magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibi vəzifəsini icra edir.

2014-cü ildən etibarən onlarla fəlsəfə doktorlarının aftoreferatlarının rəyçisi,bir fəlsəfə doktorunun apponenti olmuşdur.

2010-cu ildə doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatı ilə təltif olunmuşdur. Bundan başqa müxtəlif illərdə onlarla “özünü inkişaf” təlimlərinin iştirakçısı olmuş və sertifikatlara layiq görülmüşdür.

2019-cu ildə elmi-pedaqoji fəaliyyətində fərqləndiyi üçün ADİU-nun rektorunun “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI