Pakistanlı tədqiqatçı UNEC-də

08 DEKABR 2017 | VIEWS:
1934

Pakistan Ticarət Nazirliyinin sektor müdiri Muhammed Umer Saleem Bhatti UNEC-də olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin birgə həyata keçirdikləri “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində ölkəmizdə olan sektor müdiri UNEC-in professorları ilə görüşüb. Sektor müdiri “İnfrastrukturun inkişafı üçün özəlləşdirmə və dövlət-özəl əməkdaşlıq” mövzusunda tədqiqat apardığını bildirib. O, tədqiqat işini yekunlaşdırılmaq üçün Azərbaycan təcrübəsini öyrənmək niyyətində olduğunu qeyd edib.

UNEC-in professorları Ümidvar Əliyev, Məhiş Əhmədov, Sakit Yaqubov, dosent Məhəmməd Əliyev və baş müəllim Azər Ağarzayev xarici ekspertin elmi-tədqiqat fəaliyyətinə dəstək olmaq məqsədilə onu maraqlandıran suallara cavab veriblər.

UNEC-də olmaqdan məmnun qaldığını bildirən tədqiqatçı paylaşdıqları bilikləri üçün professorlara təşəkkür edib.

1935 1