“Paşa Həyat Sığorta”dan UNEC tələbələri üçün təlim

22 DEKABR 2016 | VIEWS:
3153

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə Paşa Həyat Sığorta şirkəti “Sığorta işi və sığorta mədəniyyəti” adlı təlim təşkil edib. Üç gün davam edən təlimlərdə şirkətin mütəxəssisi UNEC tələbələrinə sığorta işi, sığorta mədəniyyəti barədə ətraflı məlumat verib, praktiki biliklər aşılayıb.

Sonda müsabiqədən keçən iştirakçılara “Paşa Həyat Sığorta” şirkətinin sertifikatları təqdim edilib.

UNEC-in Karyera Mərkəzi ilə “Paşa Həyat Sığorta” şirkətinin birgə təşkil etdiyi “Sığorta işi və sığorta mədəniyyəti” təlimləri yaz semestrində davam edəcək. Təlimlərdə UNEC-in bütün kursları üzrə tələbələri iştirak edə bilər. Təlimlərə qatılmaq istəyən tələbələr Karyera Mərkəzinə müraciət edə bilərlər.

3154 1