Qabil Manafov (1)i.e.d., prof. Manafov Qabil Nadir oğlu

e-mail: [email protected]

1952-ci ildə Bakı şəhərində anadan olub.

1974-cü ildə D.Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) Siyasi iqtisad ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra Dövlət Plan Komitəsi nəzdində olan Elmi-Tədqiqat İnstitutunda iqtisadçı vəzifəsində işləyib.

1975-ci ildə ordu sıralarında xidmət edib.

1976-cı ildə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda «Siyasi iqtisad» ixtisası üzrə əyani aspiranturaya daxil olub. Aspiranturada təhsil müddəti başa çatdıqdan sonra 1980-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun «Siyasi iqtisad» kafedrasında laborant işləmişdir.

1982-ci ilin dekabrından Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «İqtisadi nəzəriyyə» kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1982-ci ildə «Siyasi iqtisad» (indiki «İqtisadi nəzəriyyə») ixtisası üzrə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 90-dan çox elmi əsərin müəllifidir. 2004-2007-ci illərdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyanın «İqtisadiyyat və hüquq elmləri üzrə» Ekspert Şurasının üzvü olub.

2009-2014-cü illərdə «Kommersiya» fakültəsinin dekanı olub.
2014-cü ilin aprelindən 2022-ci ilin sentyabrına kimi UNEC-in Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışıb.

UNEC-in Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın sədridir, həmin dissertasiya Şurasının üzvüdür. Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisidir.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əməkdar Müəllim fəxri adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Evlidir, iki övladı var.

qabil9ef691b1d07cDSC_4825DSC_00285DSC_2235qabile77a191b25474???????????????????????????????

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

prof. Q.Manafov UNEC NEWS-da

UNEC magistrləri müzakirə edir: “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri” (13.04.2018)
UNEC-də elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib
 (10.03.2017)

UNEC-in Magistratura Mərkəzi: prioritetlər, hədəflər (“Azərbaycan müəllimi” – 16.05.2016)
“İqtisad Universitetində magistraturanın keyfiyyət göstəriciləri artır” – MÜSAHİBƏ (08.07.2015)

*
UNEC-in yeni layihələri İTV-nin canlı efirində müzakirə edilib – VİDEO (27.10.2016)

8360 1