Qabil-1mMagistratura Mərkəzinin direktoru i.e.d., prof. Manafov Qabil Nadir oğlu

e-mail: g.manafov@unec.edu.az

1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1974-cü ildə D.Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Siyasi iqtisad» ixtisası üzrə bitirmişdir. İnstitutu qurtardıqdan sonra Dövlət Plan Komitəsi nəzdində olan Elmi-Tədqiqat İnstitutunda iqtisadçı işləmişdir.

1975-ci ildə ordu sıralarında xidmət etmişdir.

1976-cı ildə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda «Siyasi iqtisad» ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. Aspiranturada təhsil müddəti başa çatdıqdan sonra 1980-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun «Siyasi iqtisad» kafedrasında laborant işləmişdir..

1982-ci ilin dekabrından hazırki dövrə D.Bünyadzadə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «İqtisadi nəzəriyyə» kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, indi isə professordur.

.

1982-ci ildə «Siyasi iqtisad» (indiki «İqtisadi nəzəriyyə») ixtisası üzrə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 90-dan çox elmi əsərin müəllifidir. 2004-2007-ci illərdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyanın «İqtisadiyyat və hüquq elmləri üzrə» Ekspert Şurasının üzvü olmuşdur.

2009-2014-cü illərdə «Kommersiya» fakültəsinin dekanı olmuşdur.
2014-cü ilin aprelindən ADİU-nun Magistratura Mərkəzinin direktorudur.

Hazırda ADİU-nun Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın sədridir, həmin dissertasiya Şurasının üzvüdür. Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisidir. Azərbaycan Respublikasının əməkdar müəllimidir.

Evlidir, iki övladı var.

DSC_4825DSC_00285DSC_2235DSC_0001DSC_4939

UNEC-də elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib (10.03.2017)
UNEC-in Magistratura Mərkəzi: prioritetlər, hədəflər (“Azərbaycan müəllimi” – 16.05.2016)
“İqtisad Universitetində magistraturanın keyfiyyət göstəriciləri artır” – MÜSAHİBƏ (08.07.2015)

*
UNEC-in yeni layihələri İTV-nin canlı efirində müzakirə edilib – VİDEO (27.10.2016)

2408 2