1t.e.d., prof. Seyidov Abbas Qadir oğlu

1957-ci ildə Naxçıvan şəhərində anadan olub.

1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini tarix ixtisası üzrə bitirib.

1978-1982-ci illərdə Babək rayonu Hacıvar kənd məktəbində müəllim, 1982-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi”  kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent (1993), 1996-1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, 1998-2000-ci illərdə Bakı Kompüter liseyində müəllim, 2000-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasında dosent, professor vəzifələrində çalışır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı olub. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

2003-cü ildə Bakı şəhərində doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Azərbaycan tarixi üzrə professor elmi adı alıb.

AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən FD.01.211 saylı dissertasiya şurasının üzvüdür.

 

*

2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının üzvüdür.

1998-ci ildə “Qızıl Qələm” jurnalist mükafatına, 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Abbas Seyidovla bağlanmış əmək müqaviləsinə 15.02.2023-cü il tarixdən öz təşəbbüsü ilə xitam verilmişdir.

abbass_4944abbasdd6e0bb323625e355120DSC_3275.

prof. A.Seyidov UNEC NEWS-da

UNEC-in qiyabi təhsilində müasir tədris texnologiyaları tətbiq edilir (16.01.2018)
UNEC professorları elmin aktual problemlərindən danışıblar
 (25.12.2017)
UNEC-də Dövlət Müstəqilliyi Günü
 (17.10.2017)
UNEC professorundan numizmatika elminə töhfə
 (03.07.2017)
İslam dini və Azərbaycan
 (01.05.2017)

UNEC-də 31 mart soyqırımı qurbanları anılıb
 (31.03.2017)