1t.e.d., prof. Seyidov Abbas Qadir oğlu

1957-ci ildə Naxçıvan şəhərində anadan olub.

1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini tarix ixtisası üzrə bitirib.

1978-1982-ci illərdə Babək rayonu Hacıvar kənd məktəbində müəllim, 1982-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi”  kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent (1993), 1996-1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, 1998-2000-ci illərdə Bakı Kompüter Litseyində müəllim, 2000-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasında dosent, professor vəzifələrində çalışır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı olub. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

2003-cü ildə Bakı şəhərində doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Azərbaycan tarixi üzrə professor elmi adı alıb.

 

*

AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən FD.01.211 saylı dissertasiya şurasının üzvüdür.

2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının üzvüdür.

1998-ci ildə “Qızıl Qələm” jurnalist mükafatına, 2011-ci ildə isə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

Ailəlidir. Dörd övladı, nəvələri var.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI