qida_natavantex.e.n. dos. Qədimova Natəvan Səfər qızı

28 oktyabr 1962-ci ildə Ermənistan SSR Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur.

1962-1965-ci illərdə Nərimanlı kənd orta məktəbində oxumuş, 1979-cu ildə Baki şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.

1980-cı ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin əyani bölməsinə daxil olmuş, 1985-ci ildə  fərglənmə diplomu ilə bitirmişdir. Həmin ildən başlayaraq Ümumittifaq Ət-Süd sənayesinin Elmi-Tədqiqat İnstitutunun Bakı şöbəsində mühəndis-texnoloq,  kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

1987-ci ildə Moskva şəhərində qiyabi aspiranturaya qəbul olaraq, 1993-cü ildə  namizədlik dissertasiyasını müdafiə etmiş və  05.18.04 – “Ət, süd və balıq məhsullarının texnologiyası” ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

1995-ci ildən Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim, əyani şöbənin müdiri vəzifələrində çalışmışdır.

2003-cü ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin  “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrasında baş müəllim, dosent əvəzi, dosent vəzifələrində işləmişdir.

AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23  sentyabr 2008-ci il tarixli     qərarı ilə ona dosent elmi adı verilmişdir.

2020-ci ilə kimi “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti olub. Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

 

 

 

 

 

*

2004-2010-cu illərdə “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrasında  müdir müavini vəzifəsində işləmişdir. 2011, 2013-cü  illərdə İlin müəllimi adına layiq görülmüşdür.

89 sayda elmi və metodiki işlin, o cümlədən 24 fənn proqramının, 1 metodiki göstərişin,  3 dərs vəsaitinin, 5 dərsliyin  və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ilinin nəticələrinə görə ilk yüzlüyə daxildir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdir.

Ailəlidir, iki övladı var.

natavan4518236169umumi624518246306nazila2534844699_nticaret6-01-16-2ticaretA0003

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI