UNEC-də İslam Həmrəyliyi İli çərçivəsində mühazirələr davam edir

19 APREL 2017 | VIEWS:
1606

Biznes və menecment fakültəsində təşkil edilən növbəti mühazirədə “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Ramil Qurbanov dövlət başçısının 2017-ci ili İslam Həmrəyliyi İli elan etməsinin əhəmiyyyətindən danışıb. Qeyd edib ki, bu qərar zamanın tələbi ilə uzlaşan bir addımdır. Bu qərar islam ölkələrini bir daha həmrəy olmağa çağırır.

“Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Təranə Şirvanova “İslam və Avropa” mövzusunda mühazirə oxuyub. Bildirib ki, islamın getdikcə artan nüfuzu Avropa və İslam sivilizasiyası arasında dialoqu zəruri edir və Azərbaycan bu dialoqda mühüm körpü rolunu oynayır.

Sonda tələbələrin sualları cavablandırılıb.

1607 1