UNEC eksperti Türkiyə televiziyasında Xocalı soyqırımını şərh edib

27 FEVRAL 2018 | VIEWS:
1997

Fevralın 26-da UNEC eksperti Araz Aslanlı TRT Avaz kanalında Xocalı Soyqırımı ilə bağlı çıxış edib.

UNEC-in “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Araz Aslanlı TRT Avaz kanalında Xocalı soyqırımı ilə bağlı canlı yayımlanan proqramda iştirak edərək soyqırımının baş vermə səbəblərindən danışıb. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzündən bəhs edən A.Aslanlı qeyd edib ki, Xocalı soyqırımı üçün ədalətin müəyyən qədər də olsa yerini tutmasında bu cinayətdə iştirak edən hər kəs ağır şəkildə cəzalandırılmalı, eyni zamanda Azərbaycan ərazilərinin bir an əvvəl Ermənistan işğalından azad olunması təmin edilməlidir. Verilişin digər qonaqları Azərbaycan və Türkiyə parlamentinin üzvləri, eləcə də Azərbaycanın Türkiyədəki və Türkiyənin Azərbaycandakı səfirləri olub.

UNEC-in müəllimi Lider televiziyasında yayımlanan həftənin yükunları ilə bağlı proqramda da qonaq olub. O, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federiko Magerinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin istefa qərarını şərh edib.

VİDEO

1998 1