foto teqdimat_adilaUNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Abdullayeva Adilə Tariyel qızı 

1983-cü il avqust ayının 12-də Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə Bakı şəhəri 129 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra həmin ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2008-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının doktorantı (qiyabi) olmuş, 2017-ci ildə isə M.Füzuli adına Əlyazmalar İnstitutunda 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında yaradılmış Birdəfəlik Dissertasiya Şurasında “Cəmiyyətdə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların iştirakı” adlı dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 noyabr 2017-ci il tarixli (protokol №29-K) qərarına əsasən tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Təhsilini davam etdirməklə bərabər 2006-cı ildən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı, böyük kitabxanaçı, bölmə müdiri kimi vəzifələrdə, 2011-2019-cu illərdə Kitabxanaların metodik təminatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

*

2019-cu ilin mayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edir.

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür.

ƏTRAFLI

Elmi əsərlərinin SİYAHISI

adilacd44a5dc27d25885d7samayae9c6b32e771b1fafc9e10e37fbesamayab3bc0ee6794741486c2DSC_0878DSC_0883adila312723bdd494dfe98kitabxanamage 2019-09-27 at 14.45.21sergi_KIM_270919

tar. f.d. Adilə Abdullayeva UNEC NEWS-da

Gəncədə “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” mövzusunda tədbir keçirilib.

adilabdecd14a4e9b9eadila5cc4f09cae6fbbc