UNEC kollektivi “WorldFood Azerbaijan” sərgisində

20 MAY 2016 | VIEWS:
1837

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Qida məhsulları texnologiyası” kafedrasının müəllim və tələbələri Azərbaycan Beynəlxalq “Qida sənayesi” “WorldFood Azerbaijan 2016” sərgisində iştirak ediblər.

Tələbə və müəllimlər sərgidə Azərbaycanın qida sənayesi üzrə aparıcı şirkətlərinin konservləşdirilmiş məhsulları, içkiləri, soyuducu sistemləri və digər məhsullarla tanış olublar.

Qeyd: Bakı Ekspo Mərkəzində təşkil olunan “WorldFood Azerbaijan” sərgisində həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribyutor və təchizatçıları iştirak edir.

Sərgi mayın 21-nə kimi fəaliyyət göstərəcək.

1838 1