UNEC müəllimi beynəlxalq konfransda çıxış edib

12 İYUL 2016 | VIEWS:
1701

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment kafedrasının müəllimi Şəhla Qəhrəmanova Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən “Beynəlxalq Münasibətlərdə Siyasət” (The Politics of International Relations) mövzusuna həsr edilən elmi-praktik konfransda iştirak edib.

Konfrans Beynəlxalq Tədqiqatlar Assosiasiyasının və Lyublyana Universitetinin təşkilatçılığı ilə keçirilib. Beynəlxalq münasibətlərə aid müxtəlif mövzuları əhatə edən konfransda Şəhla Qəhrəmanova “Münaqişələrin qarşısının alınmasında sosial-humanitar fənlərin tədrisinin rolu” mövzusunda məruzə ilə çıxış edib. UNEC müəllimi məruzəsində gənc nəslin təhsilinə diqqət yetirilməsinin gələcəkdə baş qaldıracaq münaqişələrin qarşısının alınmasına strateji bir yanaşma olduğunu və gələcəyin söz sahiblərinin yetişdirilməsində sosial-humanitar fənlərin tədrisinin əhəmiyyəti vurğulayıb.

Konfransda Amerika, Kanada, Böyük Britaniya, Rusiya, Çin, Yaponiya, eləcə də Mərkəzi və Şərqi Avropanın bir çox nüfuzlu universitetlərindən olan alimlər iştirak ediblər.

1702 1