UNEC Siegen Universiteti ilə birgə yaz məktəbinə start verib – “Biznesin əsasları”

18 APREL 2017 | VIEWS:
2461

UNEC-də “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində təşkil olunan Yaz Məktəbininə start verilib. Dörd gün davam edən Yaz Məktəbi “Sahibkarlıq və kiçik və orta müəssisələr: Biznesin əsasları” mövzusunda olacaq.

Yaz Məktəbinin açılışında UNEC-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Anar Kazımov müsabiqədən uğurla keçən tələbələri təbrik edərək, onlara uğurlar arzulayıb. Bildirib ki, UNEC-in 12 və Siegen Universitetinin 10 magistrinin qatıldığı Yaz Məktəbinə Siegen Universitetinin professoru Petra Muqun (Petra Moog) rəhbərlik edəcək. Azərbaycanın biznes qurumlarının rəhbər və mütəxəssisləri iştirakçılarla öz təcrübələrini bölüşəcək, ölkə iqtisadiyyatındakı son tendensiyalar haqqında mühazirələr oxuyacaqlar. Yaz məktəbi ərzində iştirakçıları ölkənin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış etmək məqsədilə ekskursiyalar təşkil olunacaq.

Sonda magistrlər hazırladıqları biznes planların nəticələrinə əsasən qiymətləndiriləcəklər və kreditlər əldə edəcəklər.

Qeyd: UNEC ilə Almaniyanın Siegen Universiteti ilə birgə hazırladığı “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) layihəsi DAAD tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub. Layihənin 4 il ərzində həyata keçirilməsi və bir neçə istiqamətlər üzrə fəaliyyət planı nəzərdə tutulub. Yaz məktəbi aprelin 17-dən 21-dək keçiriləcək.

2462 1