UNEC tələbələri Aqroservis şirkətlər qrupunda olublar

12 DEKABR 2016 | VIEWS:
2327

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “İşgüzar çay fasiləsi” layihəsi bu dəfə Aqroservis şirkətlər qrupunda həyata keçirilib.

Ölkənin ən iri kənd təsərrüfatı məhsullarının istehsalçılarından biri olan Aqroservis Şirkətlər Qrupunun baş direktoru Hüseyn Hüseynov UNEC tələbələrinə şirkət barədə ətraflı məlumat verib, bu sektorun incəlikləri haqqında danışıb. Tələbələrə öz uğur hekayəsindən danışan müsahib onlara kənd təsərrüfatı sahəsində uğurlu biznes və karyera qurmaq üçün dəyərli məsləhətlər verib.

Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb və real iş həyatı müzakirə edilib.

2328 1