UNEC tələbələri nüfuzlu şirkətdə iş prosesini izləyiblər

23 MAY 2017 | VIEWS:
2521

UNEC tələbələri ölkənin aparıcı sement istehsalçılarından biri olan NORM MMC şirkətində informasiya turunda olublar.

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən turda İqtisadiyyat, Biznes və menecment fakültələrinin tələbələri iştirak edib. Görüş zamanı tələbələrə şirkətin yaranma tarixi, fəaliyyəti, istehsal edilən məhsullar və onların çeşidi, tətbiq edilən müasir avadanlıqlar, məhsulların istehsal texnologiyasının keyfiyyətə təsiri barədə ətraflı məlumat verilib. Bildirilib ki, istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Sonra tələbələrə şirkətin istehsal prosesi və müasir laboratoriyaları nümayiş etdirilib.

Görüşün sonunda şirkətin İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları mövzusunda geniş məlumat verərək, tələbələri maraqlandıran suallar cavablandırıblar. 

2522 1