UNEC yerli ixracatçılar üçün xarici bazarların digital marketinqini aparacaq

01 NOYABR 2017 | VIEWS:
1976

unec01_umumiUNEC-də Digital Marketinq Mərkəzi yaradılıb.

Digital Marketinq Mərkəzinin (DMM) əsas missiyası müasir bazar araşdırması və innovativ üsullarla ixrac sahəsində yaranan yeni imkanları dəyərləndirməkdir. Mərkəzin dəstəyi ilə qeyri-neft ixracını həyata keçirən şirkətlər vaxt və maliyyə xərclərinə qənaət etməklə, xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını həyata keçirəcək, o cümlədən brend və məhsul təbliğatını aparacaq, potensial müştərilərə informasiya çatdıracaq. DMM Azərbaycanın rəqəmsal marketinq bazarı barədə dövrü hesabatlar hazırlayaraq, yerli ixracatçılar üçün digital informasiya bazası formalaşdıracaq.

Təlim mərkəzi kimi də fəaliyyət göstərən DMM xarici ekspertlərin online vebinarlarını, o cümlədən ölkənin tanınmış ekspertlərinin təlim və seminarlarını təşkil edəcək. Eyni zamanda sosial media marketinq sahəsində mütəxəssis hazırlığını həyata keçirəcək. Geniş istifadəçi auditoriyasına malik olan Facebook, Youtube, LinkedIn, Twitter, Instagram kimi sosial şəbəkələrin idarəedilməsi və effektiv reklamçılıq fəaliyyətlərini öyrədəcək. Mərkəz UNEC startaplarına rəqəmsal marketinq dəstəyi göstərməklə yanaşı, bu sahə üzrə mütəxəssislərin görüşünü də təşkil edəcək. Eyni zamanda Google AdWords və Google AdSense rəqəmsal marketinq üzrə online sertifikat imtahanlarını təşkil edəcək.

Qlobal Rəqəmsal Marketinq Assosasiyası və Rəqəmsal marketinq İnstitutu ilə əməkdaşlıq etməyi nəzərdə tutan DMM ildə bir dəfə araşdırma sahələri üzrə perspektivləri dəyərləndirmək üçün Digital Marketing Forumu təşkil edəcək.

1977 1