aysel81d6-1a56e8de38abXarici Dillər departamentinin direktoru
fil.f.d., dos. Aysel Zahid qızı  Xəlilova 

Aysel Xəlilova Bakı şəhərində anadan olmuşdur. O, 2001-ci ildə Azərbaycan Dillər Universitetinin “Roman-German filologiyası” fakültəsinin bakalavr; 2003-cü ildə “Dilşünaslıq” fakültəsinin magistr pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir.2001-2002-ci tədris ilində həmin universitetdə keçirilmiş Tələbə Elmi Cəmiyyətinin illik konfransında fəal iştirakına görə I dərəcəli Diploma layiq görülmüşdür .

2004-cü ildən 2023-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər kafedrasında çalışıb.

06.09.2023-cü il tarixdən Xarici dillərin tədrisi mərkəzinin 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla Xarici dillər departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

28-30 oktyabr 2005 və 7-9 yanvar 2006-cı illərdə ABŞ-ın Texas ştatının Xyuston şəhərində interaktiv metodların tətbiqi ilə bağlı Mərkəzi Qərbi Avropa və Asiya ölkələrinin müəllimləri üçün təşkil edilən USAİD proqramının təlimlərində fəal iştirak edib və hər iki layihədən “Müvəffəqiyyət Sertifikatı” alıb.

2010-2011-ci ilin yaz semestrində Britaniya Konsulluğunun təşkilati dəstəyi ilə Kembric Universitetinin müəllimlər üçün təşkil etdiyi 1 semestrlik “TKT Module 2″ kursunda oxuyub imtahan vermiş və həmin imtahandan “Band-3” səviyyəsini keçərək “University of Cambridge” sertifikatını qazanmışdır.

21 oktyabr – 4 noyabr 2013-cü ildə “Mövlanə mübadilə proqramı” çərçıvəsində Ankaranın Hacettepe Universitetinə təcrübə məqsədi ilə ezam olunub. Həmin təcrübə nəticəsində Hacettepe Universitetinin “Dünya Dilləri” adlı sertifikatını qazanıb. İştirakı ilə bağlı İqtisad universitetinin rektoruna təşəkkür məktubu ünvanlanmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsi  üçün “İngilis Dili” proqramının (2013) və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının “Gömrük İşinin Təşkili” fakültəsinin bakalvr pilləsi üçün tərtib edilmiş İngilis dili proqramının (2015) müəllifidir.
10 elmi məqaləsi xaricdə, 30 məqaləsi yerli  elmi jurnallarda dərc edilmişdir. Beynəlxalq və Respublika konfranslarında məruzələrlə çıxış etmişdir. 2 monoqrafiyanın müəllifidir.

2015-ci ilin avqust ayında “TEFL” (Teaching English as a Second Language) kursunu İtaliyanın Milan şəhərində, 2016-cı ilin sentyabr ayında isə CELTA (Certificate in Teaching English to Speakers of Other Languages) kursunu İngiltərənin Brayton şəhərində bitirərək imtahanlardan müvəffəqiyyətlə keçmiş, sertifikatlarını qazanmışdır. Beynəlxalq müəllim adını almışdır.

*

*

2016-cı ilin may ayının 7-də IELTS imtahanından müvəffəqiyyətlə keçərək ingilis dili biliyi 8.5 səviyyəsi ilə qiymətləndirilmişdir.

2019-cu ildə İspaniyanın Barselona Şəhərində Oksford universiteti tərəfindən təşkil edilən “DELTA” module-1 proqramında iştirak etmiş və DELTA diplomunu əldə etmişdir.

2022-ci ildə Almaniyanın Berlin şəhərində “TEFL” kursunda iştirak edərək, imtahan suallarının tərtibatı üzrə imtahan vermis və sertifikat əldə etmişdir.

18 milli və 12 beynəlxalq sertifikatı var.
Filologiya üzrə fəlsəfə doktorudur.20.04.2022-ci il tarixdən Xarici dillərin tədrisi mərkəzinin dosenti vəzifəsinə keçirilib.

Hazırda Xarici dillər departamentinin direktorudur.

 

A.Xəlilova  UNEC NEWS-da

Dümanın “Üç muşketyor”u UNEC tələbələrini ifasında (25.12.2017)
“Xarici dillər” kafedrasında elmi-metodoloji seminarlara start verilib
 (17.01.2017)

UNEC Academic Thinking: “Human development” (23.11.2016)
Beynəlxalq İqtisadiyyat Məktəbində açıq dərslərə start verilib (07.11.2016)

DSC_4124aysel_xarici_dil_5983081179_naysel_xarici_dil_5983081188879_naysel_xarici_dil_5983081222179_nbey_iqt_mektebi_9683bey_iqt_mektebi_9702aysel_xarici_dil_5983081199988879_nDSC_8567