aysel_xalilova_8077Xəlilova Aysel Zahid qızı

1 may 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Dillər Universitetinin “Roman-German filologiyası” fakültəsinin bakalavr;
2003-cü ildə “Dilşünaslıq” fakültəsinin magistr pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2002-ci tədris ilində həmin universitetdə keçirilmiş Tələbə Elmi Cəmiyyətinin illik konfransında fəal iştirakına görə I dərəcəli Diploma layiq görülmüşdür .

2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər kafedrasında çalışır.

28-30 oktyabr 2005 və 7-9 yanvar 2006-cı illərdə ABŞ-ın interaktiv metodla bağlı Mərkəzi Qərbi Avropa və Asiya ölkələrinin müəllimləri üçün təşkil etdiyi USAİD proqramının təlimlərində fəal iştirak edib və hər iki layihədən “Müvəffəqiyyət Sertifikatı” alıb.

8-9 noyabr 2010-cu ildə ATƏT-in Bakı ofisi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkil etdiyi “Best Practices for Positive Business and Investment Climate” seminarında iştirak etmış və “İştirak Sertifikat” qazanmışdır.

2010-2011-ci ilin yaz semestrində Britaniya Konsulluğunun təşkilati dəstəyi ilə Kembric Universitetinin müəllimlər üçün təşkil etdiyi 1 semestrlik “TKT Module 2″ kursunda oxuyub imtahan vermiş və həmin imtahandan “Band-3” səviyyəsini keçərək “University of Cambridge” sertifikatını qazanmışdır.

21 oktyabr – 4 noyabr 2013-cü ildə “Mövlanə mübadilə proqramı” çərçıvəsində Ankaranın Hacettepe Universitetinə təcrübə məqsədi ilə ezam olunub. Həmin təcrübə nəticəsində Hacettepe Universitetinin “Dünya Dilləri” adlı sertifikatını qazanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsi  üçün “İngilis Dili” proqramının (2013) və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının “Gömrük İşinin Təşkili” fakültəsinin bakalvr pilləsi üçün tərtib edilmiş İngilis dili proqramının (2015) müəllifidir.
5 elmi məqaləsi xaricdə, 21 məqaləsi yerli  elmi jurnallarda dərc edilmişdir. Beynəlxalq və Respublika konfranslarında məruzələrlə çıxış etmişdir. 2 kitabın müəllifidir.

*

2015-ci ilin avqust ayında “TEFL” (Teaching English as a Second Language) kursunu İtaliyanın Milan şəhərində, 2016-cı ilin sentyabr ayında isə CELTA (Certificate in Teaching English to Speakers of Other Languages) kursunu İngiltərənin Brayton şəhərində bitirərək imtahanlardan müvəffəqiyyətlə keçmiş, sertifikatlarını qazanmışdır. Beynəlxalq müəllim adını almışdır.

2016-cı ilin may ayının 7-də IELTS imtahanından müvəffəqiyyətlə keçərək ingilis dili biliyi 8.5 səviyyəsi ilə qiymətləndirilmişdir.

18 milli və 5 beynəlxalq sertifikatı var.

Filologiya üzrə fəlsəfə doktorudur.

*

“Xarici dillər” kafedrasında elmi-metodoloji seminarlara start verilib (17.01.2017)
UNEC Academic Thinking: “Human development” (23.11.2016)
Beynəlxalq İqtisadiyyat Məktəbində açıq dərslərə start verilib (07.11.2016)

aysel_xarici_dil_5983081179_naysel_xarici_dil_5983081188879_naysel_xarici_dil_5983081222179_nbey_iqt_mektebi_9683bey_iqt_mektebi_9688bey_iqt_mektebi_9702aysel_xarici_dil_5983081199988879_nDSC_8567