İyulun 2-də Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) (Национальный Исследовательский Университет “Высшая Школа Экономики”) MDB, Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq bölməsinin rəhbəri Tatyana Çetvernina Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əməkdaşları ilə görüşüb.
Görüşdə T.Çetvernina AİM–MTU haqqında geniş məlumat verib, universitetin beynəlxalq əlaqələrindən söz açıb. Rusiyanın aparıcı ali məktəblərindən biri kimi dünya universitetlərinin reytinq siyahılarına daxil olan AİM–MTU-nin müasir tədris metodları və idarəetmə sistemlərinin tətbiqi, ali təhsillə elmi tədqiqatların səmərəli inteqrasiyanın təmin olunması, Avropa və Amerikanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılması barədə danışıb.
Qonaq sonda ADİU əməkdaşlarının suallarını cavablandırıb.