Sevinc Məcid Namiq qızı
[email protected]

1994-cü il dekabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur.

2011-ci ildə Bağça-Məktəb-Lisey Kompleksi (BMLK)-ni bitirdikdən sonra 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU) xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə bakalavr təhsili almışdır.

2015-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU)-nun “Dilşünaslıq” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

 

***

2017-ci ildən “5 Media” MMC şirkətində tərcüməçi, 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzində layihə meneceri/biznes analist vəzifəsində çalışmışdır.

2021-ci ilin may ayından UNEC Karyera mərkəzinin böyük mütəxəssisi, baş mütəxəssisi vəzifələrində çalışmışdır. 2023-cü ilin iyul ayından etibarən UNEC Karyera mərkəzinin ictimai əsaslarla direktoru vəzifəsini icra edib.

1 May 2024-cü il tarixdən UNEC Karyera mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, iki övladı var.