Tələbələrimiz Bank of Baku ASC-nin həyata keçirdiyi təqaüd proqramının qalibləri seçilib

15 APREL 2015 | VIEWS:

Universitetimizin Maliyyə fakültəsinin tələbəsi Nuriyev Nəsib Əlizamin oğlu, Uçot-iqtisad fakültəsinin tələbələri Hüseynli İsgəndər Həbib oğlu, Ağayeva Afaq Tahir qızı, Xüsusi İstedadlar  Fakültəsinin tələbələri Süleymanov Savalan Cümşüd oğlu və  Əliyeva Sevinc Ədalət qızı Bank of Baku ASC-nin həyata keçirdiyi təqaüd proqramının qalibləri seçilib. Əlavə olaraq bu tələbələr bankda təcrübə keçmək hüququ əldə etib.

Qalibləri təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzu edirik!