UNEC-də “Açıq qapı” keçirilib. Görüş əsasən yay imtahan sessiyasıyla bağlı yaranan sualların cavablandırılmasına həsr edilib. UNEC tələbələri, onların valideynləri, əməkdaşlarla yanaşı, ictimaiyyət nümayəndələri də “Açıq qapı”ya müaciət ediblər. UNEC rektoru, professor Ədalət Muradov 50-yə yaxın müraciətçinin sualını cavablandıraraq, onları narahat edən məsələlərin operativ həlli ilə bağlı struktur bölmələrə göstərişini verib.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil eksperti Etibar Əliyev və “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva “Açıq qapı”da müşahidəçi qismində iştirak ediblər. Qonaqlar imtahanlarda ictimaiyyət nümayəndələrinin sərbəst iştirakının təmin edilməsi ilə bağlı UNEC rektorunun göstərişini müsbət dəyərləndiriblər.
Qeyd edək ki, “Açıq qapı” imtahan sessiyasının sonuna kimi davam edəcək.