Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsində Xocalı soyqırımının 24 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı, professor Vəkil Hüseynov bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına edilən soyqırım olmaqla yanaşı, ümumi insanlığa vurulmuş ən böyük zərbədir. Sonra Azərbaycan tarixi kafedrasının professoru Vəkil Həsənov Xocalı soyqırımında erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi kütləvi qətliamdan danışıb. Son illərdə bu soyqırım barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının mühüm nəticələr verdiyini diqqətə çatdırıb.
Tədbirdə dizayn ixtisası üzrə təhsil alan tələbələr “Xocalı soyqırımı” ilə bağlı şeirlər səsləndirib və videoçarx nümayiş etdirilib.