7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetində təşkil edilən sərgidə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin nümayəndələri universitetin imkanlarını geniş auditoriyaya təqdim ediblər. UNEC stendini ziyarət edən Qazaxıstanın müxtəlif ali və orta təhsil müəssisələrindən olan tələbə və abituriyentlərə universitetin beynəlxalq təhsil imkanları, ikili diplom proqramları və müasir tədris infrastrukturu barədə ətraflı məlumat verilib.
Ziyarətçilərə UNEC-in tədris proqramlarını əhatə edən məlumatlandırıcı materiallar, eləcə də universitetin brend məhsulları təqdim olunub. Bununla yanaşı, sərgi çərçivəsində UNEC-in beynəlxalq əməkdaşlıq istiqamətləri, akademik mobillik imkanları və tələbə həyatının üstünlükləri əyani şəkildə nümayiş etdirilib.
Sərgidə UNEC rektoru, professor Ədalət Muradov da iştirak edərək universitet stendini ziyarət edən tələbə və abituriyentlərlə görüşüb, onlara UNEC haqqında ətraflı məlumat verib və suallarını cavablandırıb.
Eyni zamanda, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov UNEC stendi ilə tanış olaraq universitetin beynəlxalq fəaliyyətini yüksək qiymətləndiriblər.