UNEC ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransına ev sahibliyi edəcək.
Konfransın təşkilatçıları UNEC ilə yanaşı, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalıdır.
Bilik, İqtisadiyyat və Menecment Konfransı indiyədək müxtəlif ölkələrdə təşkil olunub və türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platformasıdır. Konfransda ictimai elmlərin bütün sahələri üzrə elm adamları, gənc tədqiqatçılar aktual məsələlər barədə məzmunlu və faydalı elmi araşdırmalar aparır. Konfransın sonunda əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc edilir.
Bu günə keçirilən bütün konfranslar iki mindən artıq elm adamını özündə birləşdirən bir şəbəkə formalaşdırıb.
Konfransın açılışı mayın 19-da UNEC-in əsas tədris binasında olacaq. Beynəlxalq tədbirdə 85-dək elmi məruzə dinləniləcək. Konfransda dünyanın müxtəlif universitetlərindən 150-dək elm adamının iştirakı gözlənilir.